Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələn ildən heyvan ətinin satışı ƏDV-dən azad edilir

Gələn ildən heyvan ətinin satışı ƏDV-dən azad edilir

Tarix: 23 Oktyabr 2019 13:21

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ildən Azərbaycanda heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Trend-in məlumatına görə, bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Amma vergi güzəşti kəsilmiş və dondurulmuş heyvan ətləri istisna olmaqla, emala göndərilən ətə aid deyil.

Sənəddə, həmçinin quş ətinin satışı, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin ƏDV-dən azad edilməsi ilə bağlı 2017-ci ildən tətbiq edilən qaydanın müddətinin 2023-cü ilin sonuna qədər uzadılması təklif olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gələn ildən heyvan ətinin satışı ƏDV dən azad edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ