Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi Ronaldonu qabaqladı

Messi Ronaldonu qabaqladı

Tarix: 28 May 2023 09:20

PSJ-nin hücumçusu Lionel Messi Fransa çempionatının 37-ci turunun "Strasburq"la oyununda qol vurub.

Milli.Az xəbər verir ki, bu qolla argentinalı Avropanın "Top 5" liqalarında vurduğu qolların sayını 496-ya çatdıraraq hesabında 495 qol olan portuqaliyalı hücumçu Kriştiano Ronaldonu keçib. Messi bu mövsüm 16 qol vurub və 16 məhsuldar ötürmə edib.

Qeyd edək ki, ötən gün keçirilən PSJ - "Strasburq" matçı 1:1 hesabı ilə başa çatıb. PSJ çempionatın bitməsinə 1 tur qalmış ən yaxın izləyicisini 4 xal qabaqlayaraq çempionluğunu rəsmiləşdirib və tarixində 11-ci dəfə Fransa çempionu olub.

Milli.Az


Etiketlər:  Messi Ronaldonu qabaqladı


RƏYLƏR