Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna ordusu son sutkada İranın 29 “Shahed” PUA-sını məhv etdi

Ukrayna ordusu son sutkada İranın 29 “Shahed” PUA-sını məhv etdi

Tarix: 30 May 2023 10:16

Ukrayna ordusu ötən gecə Rusiyanın İran istehsalı olan 29 "Shahed" pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən bildirilib.

Rusiya PUA-larla Ukraynanın paytaxtı Kiyevə və digər vilayətlərə hücum həyata keçirib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı müharibə ötən il fevralın 24-də başlayıb.

Milli.Az


Etiketlər:  Ukrayna ordusu son sutkada İranın 29 Shahed PUA sını məhv etdi


RƏYLƏR