Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Kibertəhlükəsizlik sahəsində Azərbaycan ilə İsrail arasında çox fəal qarşılıqlı ünsiyyətə start verilib

Prezident: Kibertəhlükəsizlik sahəsində Azərbaycan ilə İsrail arasında çox fəal qarşılıqlı ünsiyyətə start verilib

Tarix: 30 May 2023 15:03

Bu yaxınlarda əməkdaşlığımızı genişləndirməyə başladığımız sahələrdən biri də kibertəhlükəsizlik sahəsidir. Biz çox şadıq ki, hazırda bu sahədə çox fəal qarşılıqlı ünsiyyətə start verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da İsrail Prezidenti İsxak Hersoq ilə birlikdə mətbuata bəyanatında deyib.

Kibertəhlükəsizliyin hər bir ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Şübhəsiz ki, İsrail şirkətlərinin bu sahədə topladıqları böyük təcrübə bizim üçün də faydalı olacaqdır. Gənc nəslin nümayəndələrinə təlimlərin keçirilməsi və təhsil verilməsi məqsədlərimizə nail olmaq və bizi mövcud təhdidlərdən qorumaq üçün əsas amil olacaqdır".

Milli.Az


Etiketlər:  Prezident Kibertəhlükəsizlik sahəsində Azərbaycan ilə İsrail arasında çox fəal qarşılıqlı ünsiyyətə start verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ