Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Bolqarıstan vasitəsilə digər ölkələrə də qaz nəqli imkanlarını nəzərdən keçiririk

Prezident: Bolqarıstan vasitəsilə digər ölkələrə də qaz nəqli imkanlarını nəzərdən keçiririk

Tarix: 31 May 2023 15:30

Yunanıstan-Bolqarıstan interkonnektoru ilə Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Biz Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

"Hər şey plana uyğun getsə və bütün interkonnektorlar vaxtında inşa edilsə, - yəni, bu ilin sonuna qədər, - bizim qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir", - deyə dövlətimizin başçısı vurğulayıb.

Milli.Az


Etiketlər:  Prezident Bolqarıstan vasitəsilə digər ölkələrə qaz nəqli imkanlarını nəzərdən keçiririk


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ