Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2023 22:14
Atom Enerji Agentliyi üzrə Beynəlxalq Agentlik İranın uran ehtiyatlarının Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) icazə verdiyi limitdən 23 dəfə artıq olduğunu deyib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Associated Press" Atom Enerji Agentliyi üzrə Beynəlxalq Agentliyinin (AEBA)İrandakı nüvə proqramının vəziyyəti ilə bağlı hesabatına istinadən məlumat yayıb.
AEBA İranla bağlı iki vacib məsələnin həllini tapdığını təsdiqləyib.
Agentlik İranla bağlı iki mübahisəli məsələnin həll olunduğunu qeyd edib. Onlardan biri Fordoda uran hissəciklərini 83,7%-ə qədər zənginləşdirilməsi, digəri isə Abede şəhərindəki uran izləri bağlıdır. Məlumata görə, AEBA Abade ilə bağlı araşdırmanı dayandırıb.
"Reuters" isə hesabata istinadən yaydığı xəbərdə İranın bəzi nüvə obyektlərində monitorinq avadanlıqlarının yenidən quraşdırıldığını bildirib.
İsfahanda sentrifuqa hissələrinin istehsal olunduğu sahədə həmçinin elan edilmiş iki zənginləşdirmə obyektində müşahidə kameraları quraşdırılıb.
Agentlik daha çox müşahidə avadanlığının quraşdırılması ilə bağlı məsələlərin həlli üçün İranın qarşılıqlı fəaliyyətini gözləyir.
Hesabatda İranın zənginləşdirilmiş uran ehtiyatlarının JCPOA-da (Birgə Hərtərəfli Fəaliyyət Planı) icazə verilən limitin 23 qatına çatdığı açıqlanıb.