Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toyuğun "sürpriz" yumurtası görənləri şok etdi - Qızğın müzakirə başladı - FOTO

Toyuğun

Tarix: 1 Iyun 2023 09:34

Sosial şəbəkələrdə qeyri-adi formalı toyuq yumurtası böyük maraqla qarşılanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, görüntünü "Gamelover42" ləqəbli "Reddit" istifadəçisi paylaşıb.

"Bu qəribə formalı yumurtanı mənim toyuğum yumurtlayıb", - deyən istifadəçi paylaşımına şəkil əlavə edib.

Görüntü az müddətdə məşhurlaşıb və çoxsaylı müzakirələrə səbəb olub.

Şərhlərdə bir çox internet istifadəçisi uzun illərdir toyuq saxlamalarına baxmayaraq ilk dəfə belə bir şeylə rastlaşdıqlarını bildiriblər.

"Şübhəsiz ki, bu, indiyə qədər gördüyüm ən qəribə yumurtadır", - deyə şərhçilərdən biri bildirib.

"Bəlkə içəridə əjdaha var", "Onu ye və superqəhrəman ol - "Chickenman", "Düşünürəm ki, sənin toyuğun yadplanetli ola bilər", - deyə "sürpriz" yumurtanı zarafatla qarşılayanlar da az olmayıb.

Milli.Az


Etiketlər:  Toyuğun sürpriz yumurtası görənləri şok etdi Qızğın müzakirə başladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ