Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Aerobika gimnastikası üzrə 9-cu ölkə çempionatı və Bakı birinciliyi”nə yekun vurulub - FOTOlar

“Aerobika gimnastikası üzrə 9-cu ölkə çempionatı və Bakı birinciliyi”nə yekun vurulub - FOTOlar

Tarix: 9 May 2025 15:02

8-9 may tarixlərində Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirilən "Aerobika gimnastikası üzrə 9-cu ölkə çempionatı və Bakı birinciliyi"nə yekun vurulub.

Sonxeber.net xəbər verir ki, gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, üçlük və qrup proqramlarında çıxış ediblər.

Yarışda balacalar və uşaqlar yaş kateqoriyasında gimnastlar fərdi çıxışlarda, böyüklər, gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş kateqoriyasında gimnastlar üçlük proqramda, yeniyetmələr və böyüklər yaş kateqoriyasında gimnastlar qrup proqramlarında yarışıblar.

Çıxış edən iştirakçılara medallar, diplomlar və Azərbaycan Gimnastika Federasiyası tərəfindən hədiyyələr təqdim olunub.


Etiketlər:  Aerobika gimnastikası üzrə ölkə çempionatı Bakı birinciliyinə yekun vurulub FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ