Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elmar Məmmədyarov Keniyanın xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)

Elmar Məmmədyarov Keniyanın xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)

Tarix: 23 Oktyabr 2019 19:30

Bakı. Trend:

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Keniyanın Xarici İşlər nazirinin müavini Ababu Namvambanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qonağı salamlayan nazir E.Məmmədyarov iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin həyata keçirilməsinin zəruriliyini bildirib.

Öz növbəsində, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi münasibətilə təbrik edən A.Namvamba sədrliyimiz dövründə Keniyanın ölkəmizin səylərini dəstəkləyəcəyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında keniyalı diplomatı məlumatlandıran nazir E.Məmmədyarov BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrin hələ də icra olunmadığını və beynəlxalq hüququn əsas prinsiplərinə bütün üzv dövlətlər tərəfindən hörmət olunmasının vacibliyini xüsusilə qeyd edib.

Tərəflər həmçinin ikitərəfli münasibətlərin perspektivlərini, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Elmar Məmmədyarov Keniyanın xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO) Elmar Məmmədyarov Keniyanın xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO) Elmar Məmmədyarov Keniyanın xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO) Elmar Məmmədyarov Keniyanın xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO) Elmar Məmmədyarov Keniyanın xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO) Elmar Məmmədyarov Keniyanın xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)


Etiketlər:  Elmar Məmmədyarov Keniyanın xarici işlər nazirinin müavini ilə görüşüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ