Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zakir Həsənov Hulusi Akara məktub göndərdi

Zakir Həsənov Hulusi Akara məktub göndərdi

Tarix: 4 Iyun 2023 10:00

Azərbaycan Respublikasının müdafiə naziri Hulusi Akara minnətdarlıq məktubu göndərib.

Məktubda deyilir: "Cənab Hulusi Akar, Sizə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə birgə fəaliyyətimizə görə minnətdarlığımı bildirirəm.

Siz daima Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinə və Azərbaycan Ordusunun təkmilləşdirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə böyük töhfə vermisiniz.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində də Azərbaycan xalqına və ordumuza daima mənəvi dəstək olmusunuz.

Siz həmişə Azərbaycanı və Azərbaycan Ordusunu sevmisiniz.

Əminəm ki, Türkiyə Böyük Millət Məclisində fəaliyyətiniz zamanı da hər iki qardaş ölkənin ordularının qüdrətlənməsi naminə əməyinizi əsirgəməyəcəksiniz.

Sizi öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram."

Milli.Az


Etiketlər:  Zakir Həsənov Hulusi Akara məktub göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ