Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2023 22:12
Ukrayna hərbçiləri Baxmut istiqamətində müxtəlif mövqelərdə irəliləyiblər.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar telemarafonun efirində bildirib.
Bəzi yerlərdə 1 600 metrə qədər ərazi rusiyalı hərbçilərdən geri alınıb.
O, qeyd edib ki, bu günlərdə ukraynalı döyüşçülər Baxmut istiqamətində uğurlar əldə ediblər.
A.Malyar bildirib ki, Ukraynanın "Xortitsa" Operativ Strateji Qüvvələr Qrupunun qoşunları şərq cəbhəsində hücum əməliyyatları həyata keçirir.