Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Həmkarlarım efirdə xətrimə dəyib, anamı ağlatdılar” - VİDEO

“Həmkarlarım efirdə xətrimə dəyib, anamı ağlatdılar” - VİDEO

Tarix: 6 Iyun 2023 19:40

"Mən toya getmirəm! Haqqımda qoy deməsinlər ki, Niyam Salami toya getmək, pul qazanmaq üçün mahnılar oxuyur. Xeyr! Mən mahnıları öz camaatım üçün oxumuşam, gəlirlər restoranımda nə pul salırlar, nə qırğın qopur, nə də ki, toy ab-havası var. Onlar üçün oxuyuram".

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Niyam Salami "Şou xəbər" verilişinə müsahibəsində deyib. 

Həmkarları tərəfindən efirdə tənqid olunan sənətçi bildirib ki, onların bu sözləri anasını ağladıb: 

"Efirə çıxıb, heç kimin xətrimə dəymədiyim insanlar efirdə xətrimə elə dəydilər ki... Anamı ağlatdılar. Ağlaya-ağlaya anam mənə zəng vurub, onlar sənə niyə belə edirlər. Dəstəyi asıb başladım ağlama ki, axı mən sizə nə etmişəm. O qədər arxamca danışıb, dedilər ki, Niyam toya getmir. Bir-iki ritmli mahnı oxudum, indi həmin nəğmələrim toylarda səslənir". 

Milli.Az


Etiketlər:  Həmkarlarım efirdə xətrimə dəyib anamı ağlatdılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ