Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İlk baxışdan xoşuma gəlmirdi, yola getmirdik, sonra özünü mənə sevdirdi...”

“İlk baxışdan xoşuma gəlmirdi, yola getmirdik, sonra özünü mənə sevdirdi...”

Tarix: 6 Iyun 2023 23:42

"Məni güldürmək çox çətindir. Ümumiyyətlə insanları güldürmək, onların xoşuna gələn sözlərdən istifadə edib yumor yaratmaq asan deyil. Əgər mən kimisə güldürə bilirəmsə, kiminsə üzündə təbəssüm, gülüş yarada bilirəmsə bu mənim üçün xoşbəxtlikdir. Elə bilməyin ki, təkcə mən güldürürəm. Məni güldürənlər də var. Məsələn, Elməddin Cəfərov, qızım Nigar məni güldürə bilir"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Fatma Mahmudova bildirib:

"Bəzən seriallarda məcburiyyət qarşısında qalıb çəkilirəm. Sonra özüm-özümü bir ay danlayıram, məhkəmə qururam ki, mən niyə gedib orada çəkildim?! Serial çəkən Elməddin kimi olar. Bütün kollektiv, sənətçilərdən tutmuş, bütün texniki heyətə qədər hamı ondan razı qalırdı" deyə aktrisa bildirib.

Xalq artisti qızı və həyat yoldaşından da danışaraq etiraflar edib.

"Nigar mənim sağ əlimdir. Ev işlərində də mənə kömək edir. Rollarımı yazanda da mənə kömək edir. Səhnədə isə tərəf müqabilimdir. Çox güclü tərəf müqabilidir. Nigar toylarda iştirak edir, gözəl toy aparır. Bizim əsas işimiz yaradıcılıqdır. Həyat yoldaşım Tofiq Qarayevlə teatrda səhnədə tanış olmuşam. İlk baxışdan ondan heç xoşum gəlmirdi. Xasiyyəti çox ağır idi. Acığım gəlirdi, yola getmirdik. Amma çox gözəl aktyor idi. Get-getə özünü mənə sevdirdi. Bir də gördük ki, o mənə vurulub, mən də ona. Elə bir gün olmur ki, onu xatırlamayaq. "Kaşki elə olmazdı, belə olaydı" deyirəm. Amma bir cümlədə ki, kaşki sözü işlədilir, demək ki, artıq hər şey üçün çox gecikmisən" deyə sənətkar bildirib. Aktrisa onu xınalardan uzaqlaşdıranlardan da danışıb. 

"Yaxşılıq etmək Allahdandır. Məndən xınanı öyrənənlər gedib işlərimi bururlar ki, "o qocalıb, onu çağırmayın". Heç qocalıb etməmişəm. Min cavana dəyərəm. Məndə olan enerji, hazırcavablıq heç gənclərdə yoxdur. Ayağım gibsdə olsa da səhnəyə çıxıb rollarımı oynamışam. Düz bir il "Bacanaqlar" serialına ayağım gibsdə çəkilmişəm. Rolu, ssenarini mənə uyğun yazdılar ki, guya ayağım sınıb. Çox təbii də oynayırdım. Hamı mesaj yazırdı ki, "ayağı sınan Fatma xanım rolu necə də gözəl oynayır". Deyə bilmirdilər ki, rol oynamır, həqiqətən də ayağı sınıb" deyə xalq artisti bildirib.

Milli.Az


Etiketlər:  İlk baxışdan xoşuma gəlmirdi yola getmirdik sonra özünü mənə sevdirdi


RƏYLƏR