Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2023 13:30
Xərçəngdən əziyyət çəkən türk kinosunun əfsanə siması Filiz Akının səhhətində problem yaranıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb.
Akın bildirib ki, bir müddətdir müalicə olunmasına baxmayaraq özünü yaxşı hiss etmir:
"Bir dəfə də səsim batmışdı. Amma bu, elə deyil. Daha pisdir. O qədər müalicəyə rəğmən özümü yaxşı hiss etmirəm. Özünüzə diqqət edin".