Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2023 14:56
Əgər zəlzələ olarsa Sovet dövründə tikilən bir çox binalarda böyük dağıntılar əmələ gələ bilər.
Sonxeber.net xəbər verir ki, bunu "Xəzər Xəbər"ə FHN-nin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli bildirib.
Qurum rəsmisinin sözlərinə görə, bu binaların bir çoxu istismar müdətini başa vurub və ona görə də zəlzələyə davamlılığı azalıb.
Hətta bu binaların bir qismində yaşayanların köçürülməsi də nəzərdə tutulur.
Təyyar Hüseynli həmçinin yeni tikilən binaların zəlzələyə davamlılığı məsələsinə də aydınlıq gətirib.
Onun sözlərinə görə, hətta binaların davamlılığını yoxlamaq üçün xarici ölkələrdən nümayəndələr ölkəmizə dəvət olunub və yoxlamalar aparılıb.
Qurum rəsmisi bildirib ki, hazırda ölkə ərazisində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan binaların söküntüsü davam edir.
Bu proses mərhələli şəkildə aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: