Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2019 02:40
Bakı. Trend:
"Yuventus" və "Torino" komandaları İtaliya Çempionatının 35-ci turu çərçivəsində keçirilən oyunda heç-heçə edib.
Trend-in məlumatına görə, "Yuventus"un meydanında keçirilən oyunda 2 qol vurulub.
Hesabı 18-ci dəqiqədə qonaqlar açıb - Saşa Lukiç fərqlənib. Qolun cavabını 84-cü dəqiqədə portuqaliyalı hücumçu Kriştianu Ronaldu verib. Beləliklə, Turin derbisi 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, komandalar aralasında 200 oyun keçirib, onlardan 88-də "Yuventus" qalib gəlib, 56-da isə - "Torino", daha 56 oyun heç-heçə ilə yekunlaşıb.
"Yuventus" turdan sonra 89 xalla birincidir, "Torino" isə 57 xalla - altıncı.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin