Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2023 19:18
Tunisə aid hərbi helikopter ölkənin şimalında Serrat burnu yaxınlığında qəzaya uğrayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Tunisin Müdafiə Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
Qeyd edilib ki, çərşənbə günü axşam əlaqə kəsilən helikopter patrul missiyasını yerinə yetirərkən dənizə düşüb. Təyyarədə dörd ekipaj üzvü olub.
Axtarış qrupları hadisə yerindədir. Bu günə qədər sudan ölən iki nəfərin cəsədi, həmçinin helikopterin qalıqları çıxarılıb.