Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2023 06:08
Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-York şəhərindəki mənzil qərargahında dalğalanan bayraqlar endirilib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, kompleksdə BMT-yə üzv olan 193 dövlətin bayrağı Nyu-Yorkda havanın kirliliyi səbəbi ilə endirilib.
BMT baş katibinin sözçüsü Stefan Dujarik baş verənlərlə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, beynəlxalq təşkilat öz texniki işçilərini lazımsız risklərdən qorumaq üçün belə bir qərar alıb:
"Bayraqlarla bağlı alınmış xüsusi qərarlara uyğun prosedurlar var. Bunlar güclü yağışlar, şiddətli küləklər, soyuq temperatur müşahidə etdiyimiz zaman tətbiq olunur. Burada çalışdığım 20 il ərzində ilk dəfədir ki, bu qərarın tətbiq edildiyinə şahid oluram. Havanın keyfiyyəti ilə bağlı problemlərə görə biz təhlükəsizlik işçilərimizi lazımsız risklərə atmaq istəmirik", - deyə sözçü vurğulayıb.
Qeyd edək ki, Kanadadakı kütləvi meşə yanğınları səbəbindən Nyu-Yorkda havanın keyfiyyəti təhlükəli həddə çatıb.