Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2023 16:24
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət qulluğu haqqında" qanununa dəyişikliyi təsdiqləyib.
Bundan başqa, səlahiyyətli nümayəndənin müavinlərinin inzibati vəzifələrin ikinci təsnifatına, eləcə də nümayəndəlikdə mütəxəssislərin vəzifələri isə inzibati vəzifələrin üçüncü təsnifatına daxil edilib.