Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2023 05:28
Kaxovka bəndinin dağıdılması işğal olunmuş Krım yarımadasındakı əsas şirin su mənbəyinə - Şimali Krım kanalına ciddi təsir göstərdi.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında məlumat verilib.
"Şimali Krım kanalı suyu kaxovka anbarından götürür. Artıq suyun səviyyəsi aşağı düşüb və tezliklə Krıma suyun verilişi dayanacaq. Bu, Xerson vilayətinin cənubunda və Krımın şimalında şirin suyun mövcudluğunu azaldacaq", - hesabatda qeyd olunub.