Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həyətində nadir heyvanlar saxlayan şəxs həbs olundu

Həyətində nadir heyvanlar saxlayan şəxs həbs olundu

Tarix: 12 Iyun 2023 22:04

Villasında ev heyvanı kimi on iki nadir maral və altı tovuz quşu saxlayan şəxs İstanbul polisi tərəfindən nəzarətə götürülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aşkar edilən maralların nəsli kəsilmək ərəfəsində olduğu üçün onları ev heyvanı kimi saxlamağın mümkün olmadığı qeyd edilib.

İstanbulun Silivri səmtindəki bir villanın bağçasında maral və tovuz quşlarının tapılması xəbərini alandan sonra Qaçaqmalçılıqla Mübarizə İdarəsi hadisə yerinə operativ qrupları göndərib.

Məlumata görə, əmlak sahibi və heyvanların baxıcısı saxlanılıb.

Ələ keçirilən heyvanlar Milli Parklar Departamentinə təhvil verilib.

Milli.Az


Etiketlər:  Həyətində nadir heyvanlar saxlayan şəxs həbs olundu


RƏYLƏR