Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkəyə dəhşətli fırtına gəlir: dağıdacaq...

Bu ölkəyə dəhşətli fırtına gəlir: dağıdacaq...

Tarix: 13 Iyun 2023 07:56

Hindistanın meteorologiya departamenti ölkənin qərbindəki Qucarat ştatının sahilboyu yaşayış məntəqələrində "Biparcoy" fırtınası ilə əlaqədar xəbərdarlıq elan edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, Ərəb dənizindən saatda 7 kilometr sürətlə Qucarat ştatına çatan qasırğanın iyunun 15-dək ciddi fəsadlar törədə biləcəyi, tikililəri dağıdacağı, kommunikasiya xətlərinə ziyan vuracağı proqnozlaşdırılıb.

Küləyin sürətinin saatda 150 kilometrə çatacağı bildirilir. Ehtimal olunan təbii fəlakətlə mübarizə üçün müvafiq qurumlara tapşırıqlar verilib.

"Biparcoy" ilə əlaqədar bölgədə balıqçılara növbəti 5 gün ərzində dənizə çıxmamaq tövsiyə olunub.


Etiketlər:  ölkəyə dəhşətli fırtına gəlir dağıdacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ