Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza verilməyəcək - BU TARİXDƏN

İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza verilməyəcək - BU TARİXDƏN

Tarix: 16 Iyun 2023 20:12

23 iyun 2023-cü il tarixdən Azərbaycan İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdiriıməsini dayandırır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu haqda İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumata əsasən, Azərbaycana səfər edəcək İran vətəndaşlarının öncədən "ASAN viza" almaları və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etmələri xahiş olunur.

Eləcə də, Azərbaycanın İran ilə olan quru sərhədlərinin bağlı olduğu bir daha diqqətə çatdırılır.

Milli.Az


Etiketlər:  İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza verilməyəcək BU TARİXDƏN


RƏYLƏR