Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada müharibə tez başa çatmalıdır - CAR

Ukraynada müharibə tez başa çatmalıdır - CAR

Tarix: 17 Iyun 2023 07:12

Ukraynada münaqişənin həlli istiqamətində addımlar atılmalıdır ki, tərəflər tezliklə danışıqlar yolu ilə sülhə nail ola bilsinlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Kiyevdə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Afrika ölkələrinin sülhməramlı missiyası ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında aparılan danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Münaqişə sülh danışıqları və diplomatiya yolu ilə əldə edilə bilər. Afrikanın sülhməramlı missiyası hesab edir ki, Ukraynadakı silahlı münaqişə mümkün qədər tez başa çatmalıdır. Afrika ölkələri Ukraynada sülh yolu ilə nizamlanmanın yolunu tapmaq üçün əməkdaşlığı davam etdirməyə hazırdır", - o qeyd edib.

Milli.Az


Etiketlər:  Ukraynada müharibə tez başa çatmalıdır CAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ