Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Boşanma xəbərlərindən sonra səssizliyini pozdu

Boşanma xəbərlərindən sonra səssizliyini pozdu

Tarix: 20 Iyun 2023 23:50

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur cütlük aktrisa Ceyda Düvenci və aktyor Bülent Şakrak boşanır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xəbər verir ki, məsələ ilə bağlı Ceyda sosial media hesabında paylaşım edib.

"Bəzən istəməsən də başqa bir yola çıxmaq məcburiyyətində qalırsan. Sözlər kifayətsiz olurmuş. Bəli, gözlərimdə kədər olsa da, gülümsəməyə davam edəcəyəm. Həyat, sənə yenə də təşəkkür edirəm, bir bildiyin vardır. Axışına buraxdım özümü, gələcək günlərin gözəlliyinə inanıram" deyə o, bildirib.

Qeyd edək ki, bir müddət əvvəl haqlarında çıxan ayrılıq iddialarını yalanlayan Ceyda ilə Bülent daha sonra cütlük terapiyasına getsə də bunun bir nəticəsi olmayıb və ayrılıq qərarı alıblar.

İkili 2015-ci ildən ailəlidir və bir oğulları var. Bundan başqa, aktrisanın ilk evliliyindən bir qızı da var.

Milli.Az


Etiketlər:  Boşanma xəbərlərindən sonra səssizliyini pozdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ