Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mübariz Mənsimov atası ilə belə vidalaşdı - FOTO

Mübariz Mənsimov atası ilə belə vidalaşdı - FOTO

Tarix: 21 Iyun 2023 15:12

"Palmali Holding" şirkətinin prezidenti Mübariz Mənsimovun ötən gün dünyasını dəyişən atası Qurban Mənsimovla İstanbulda vida mərasimi keçirilib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, "Levent Cami"sində mərhum üçün cənazə namazı qılınıb. Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, Mübariz Mənsimovun dostları iştirak ediblər. Türkiyəli müğənni Mahsun Kırmızıgül də vida mərasimində iş adamını tək qoymayıb.

Mərasimdən sonra mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana göndərilib.

Qeyd edək ki, Qurban Mənsimov ötən gün İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu gün saat 18:00-da Keşlə qəbiristanlığında dəfn ediləcək.

İş adamının Türkiyəni tərk etməməyi ilə bağlı qərar hələ də qüvvədə olduğu üçün Mübariz Mənsimov atasının Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyəcək.


Etiketlər:  Mübariz Mənsimov atası ilə belə vidalaşdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ