Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ofeliya Aslan dedi ki, arzusu oğlunun ondan tez ölməsidir” - VİDEO

“Ofeliya Aslan dedi ki, arzusu oğlunun ondan tez ölməsidir” - VİDEO

Tarix: 22 Iyun 2023 17:25

Aparıcı və ekstrasenst İlham Mirzəyev mərhum aktrisa Ofeliya Aslanla bağlı qalmaqallı açıqlama verib. 

Milli.Az bizim.media.az-a istinadən bildirir ki, bununla bağlı televiziya ulduzu qonaq olduğu "Gül kimi şou" verilişində danışıb. 

İ.Mirzəyev bildirib ki, aktrisa ilə müsahibə edərkən O.Aslan özündən tez oğlu Çingizin dünyadan köçməsini arzulayıb: 

"Ofeliya Aslanla bu studiyada müsahibə etdim. Amma onun danışdıqlarının çox hissəsini efirə vermədim. O müsahibə hələ də şəxsi arxivimdədir. Ofeliya xanıma "Ən böyük arzunuz nədir?" sualını verdim. Aktrisa isə cavabında "Heç bir ana istəməz ki, balası ölsün. Amma mən istəyirəm ki, oğlum Çingiz məndən tez ölsün. Çünki o öləndə, morqda qalacaq və onu heç kim dəfn etməyəcək.

Çingiz dünyasını dəyişəndə mən Türkiyədə idim. Ofeliyanın o sözləri yadıma düşdü... İndi həmin arxivi üzə çıxara bilərəm. Ofeliyaya söylədim ki, axı niyə görə övladınızın özünüzdən tez vəfat etməsini istəyirsiniz?

Cavab verdi ki, heç olmasa Çingiz öləndə onun cənazəsi üstündə "Bala" deyib, ağlayım. Onu özüm dəfn etmək istəyirəm. Çünki o mənsiz avara, küçələrdə yiyəsiz qalacaq. Bu, Ofeliya ananın son arzusu idi". 

Qeyd edək ki, Xalq artisti Siyavuş Aslanla Ofeliya Aslanın oğlu Çingiz bu ilin aprelin 6-sında Yasamal qəbiristanlığında anasının yanında dəfn olunub.  

Milli.Az


Etiketlər:  Ofeliya Aslan dedi ki arzusu oğlunun ondan tez ölməsidir VİDEO


RƏYLƏR