Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskva və Voronejdə bütün kütləvi tədbirlər ləğv olunub

Moskva və Voronejdə bütün kütləvi tədbirlər ləğv olunub

Tarix: 24 Iyun 2023 10:50

Rusiyanın Moskva və Voronej şəhərlərində bütün kütləvi tədbirlər ləğv olunub.

Sonxeber.net xəbər verir ki, bu barədə şəhər qubernatorluqlarından bildirilib.

Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi də "Vaqner" döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.


Etiketlər:  Moskva Voronejdə bütün kütləvi tədbirlər ləğv olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ