Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Priqojinin qiyam planları barədə əvvəldən məlumat alıb - KİV

ABŞ Priqojinin qiyam planları barədə əvvəldən məlumat alıb - KİV

Tarix: 25 Iyun 2023 14:06

ABŞ "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Rusiyada hərbi qiyam planları barədə əvvəldən məlumat alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə CNN kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ kəşfiyyatı Priqojinin hansısa təxribat hazırladığını bilirdi. Bu həftənin əvvəlində Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency - CİA) "Vaqner"in şəxsi heyətinin və texnikasının Rusiya sərhədləri yaxınlığında yerdəyişməsi barədə Konqres rəhbərlərinə məlumat verib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti "Vaqner"in Afrikadakı fəaliyyəti ilə əlaqədar 27 iyunda şirkətə qarşı növbəti sanksiyaların tətbiq edilməsini planlaşdırırdı, lakin Rusiyadakı vəziyyət fonunda bu tədbirlərin həyata keçirilməsi təxirə salınıb.

Vaşinqton bu qərarın verilməsini izah edərək bəyan edib ki, baş verən məsələdə tərəf tutmuş kimi görünmək istəmir.

Milli.Az


Etiketlər:  ABŞ Priqojinin qiyam planları barədə əvvəldən məlumat alıb KİV


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ