Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu doğulmaya bilərdi: Anası hamilə olarkən abort etdirmək istəyib

Ronaldu doğulmaya bilərdi: Anası hamilə olarkən abort etdirmək istəyib

Tarix: 26 Iyun 2023 12:34

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu doğulmaya bilərdi.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə futbolçunun bacısı Katya Aveyro sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, anası ona hamilə olarkən abort etməyi planlaşdırıb.

"Kristianu anadan olmamalı olduğu halda dünyaya gəldi. Anam Doloreş bu uşağı dünyaya gətirmək istəmirdi. Yemək az idi, çox güc sərf edilirdi. Doloreş abort etmək istəyirdi. Amma nəsə son anda ona mane oldu və bu uşaq dünyaya gəldi. Doloreş bu qərarı 39 il əvvəl hər şeyə və hamıya qarşı çıxaraq verib və uşaq dünyaya gəlib".

Milli.Az


Etiketlər:  Ronaldu doğulmaya bilərdi Anası hamilə olarkən abort etdirmək istəyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ