Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' APOEL ilə heç-heç edib

''Qarabağ'' APOEL ilə heç-heç edib

Tarix: 25 Oktyabr 2019 01:08

Bakı. Trend:

Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Kiprin APOEL klubunu qəbul edib.

Trend-in məlumatına görə, oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Qollar: D.Kintana (13-cü dəqiqə), M.Medvedev (29-cu dəqiqə, avtoqol), Hallenius (45-ci dəqiqə) və Ailton (58-ci dəqiqə).

Qrup mərhələsinin 3 turundan sonra "Qarabağ" 4 xalla ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, cavab matçı iki həftədən sonra baş tutacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qarabağ APOEL ilə heç heç edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ