Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2023 08:34
Dünyada narkotik istifadəçilərinin sayı son 10 il ərzində 23 faiz artaraq 296 milyon nəfərə çatıb. 2011-ci ildə bu rəqəm 240 milyon nəfər təşkil edib.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə məlumat BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə üzrə İdarəsinin (UNODC) hesabatında yer alıb.
Bununla belə, narkotik vasitələrdən istifadə pozğunluğundan əziyyət çəkən insanların sayı 45 faiz artaraq 39,5 milyona çatıb.
Narkomanların sayının artması dünya əhalisinin qismən artımı ilə izah olunsa da, əsas amil ucuz, asan və sürətli istehsalı sayəsində bir çox qeyri-qanuni bazarları kökündən dəyişdirən sintetik narkotiklərin bumudur.
Hesabatda bildirilib ki, gənclər ən həssas qrup olaraq qalır. Afrikada narkomaniyadan müalicə alanların 70 faizi 35 yaşdan aşağıdır. Bununla belə, dünyada insanların yalnız 20 faizi narkotik vasitələrdən müalicə alır.