Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2019 05:24
Bakı. Trend:
Böyük Britaniya hakimiyyəti növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsələni İcmalar Palatasının müzakirəsinə çıxaracaq.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu qanunvericilər qarşısında çıxışı zamanı İcmalar Palatasının lideri və Böyük Britaniyanın Nazirlər Kabinetinin üzvü Ceykob Ris-Moq deyib.
C.Ris-Moq bildirib: "Parlamentin bazar ertəsi üçün gündəliyinə gəldikdə, parlamentarilər ətraf mühitin qorunması haqqında qanun layihəsini ikinci oxunuşda müzakirə etməzdən əvvəl onların növbədənkənar parlament seçkilərini müzakirə etmək imkanları olacaq".
O əlavə edib ki, əgər İcmalar palatasına növbədənkənar seçkilər dekabrın 12-sinə təyin edilərsə seçki kampaniyasının keçirilməsi üçün parlament noyabrın 6-sı buraxılacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin