Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliyada "88 nömrə" QADAĞAN EDİLDİ

İtaliyada

Tarix: 27 Iyun 2023 20:18

İtaliyada nasist lideri Adolf Hitleri xatırlatdığı üçün futbolçuların forma nömrəsi olaraq "88" alması qadağan edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda İtaliya Daxili İşlər Nazirliyi və İtaliya Futbol Federasiyası arasında futbolda antisemitizmlə mübarizə niyyəti haqqında bəyannamədə qeyd olunub.

Daxili işlər naziri Matteo Piantedosinin açıqladığı niyyət bəyannaməsi çərçivəsindəki qərara əsasən, futbolçulara ölkədə neo-nasist irqçi qrupların nasist lideri Adolf Hitlerə təriflər yağdıran "Heil Hitler" salamının simvolu  "H" hərfinə qarşılıq "88" rəqəmindən forma nömrələrində istifadə qadağan olunub.

Bu qərarla İtaliya yüksək liqasında (Seria A) mübarizə aparan "Atalanta"da çıxış edən Mario Paşaliç və "Latsio"nun 27 yaşlı oyunçusu Toma Basiç yeni müvsümdən 88 nömrəli forma geyinməyəcəklər.

Milli.Az


Etiketlər:  İtaliyada 88 nömrə QADAĞAN EDİLDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ