Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2023 04:06
Fitnes məşqçisi Belinda Norton pəhriz saxlamadan arıqlamağın sadə yollarını açıqlayıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, mütəxəssis bildirir ki, maddələr mübadiləsini sürətləndirməklə, pəhriz və lazımsız qida məhdudiyyətləri olmadan əhəmiyyətli dərəcədə arıqlamağa nail ola bilərsiniz.
Onun sözlərinə görə, ilk növbədə sürətli metabolizm üçün hərəkət etmək lazımdır:
"Bədənin yalnız forma üçün deyil, həm də sağlamlıq üçün gündəlik kifayət qədər su qəbul etməsi lazımdır. Bu maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Yeməkdən əvvəl və sonra bir dilim limonla bir stəkan su içmək çəki artımının qarşısını alır. Liflə zəngin qidalar, eləcə də göyərti, tərəvəz və meyvələri yemək də məsləhətlidir".