Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Vilyarreal"ın sabiq futbolçusu Azərbaycan klubunda - RƏSMİ

Tarix: 28 Iyun 2023 12:00

"Sabah" klubu yeni transferini açıqlayıb. 

Milli.Az xəbər verir ki, paytaxt təmsilçisi mərakeşli müdafiəçi Sofian Çaklanı heyətinə cəlb edib. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. Sofian "Sabah"da 44 nömrəli formada çıxış edəcək.

Çakla karyerası ərzində İspaniyanın "Malaqa B" (2012-2014), "Betis B" (2014), "La Roda" (2015-16), "El Ejido" (2016-2017), "Almeria B" (2017-2018), "Melilya" (2018-2019), "Vilyarreal B" (2019-2020), "Vilyarreal" (2020-2021), "Xetafe" (2021), "Ponferradina" (2023), Macarıstanın "Videoton" (2014-2015) və Belçikanın "Leuven" (2021-2022) klublarında çıxış edib. O, Mərakeş millisində 4 oyun keçirib.

Milli.Az


Etiketlər:  Vilyarrealın sabiq futbolçusu Azərbaycan klubunda RƏSMİ


RƏYLƏR