Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2023 07:54
Rusiya vətəndaşlarının təxminən 16 faizi Ukraynaya qarşı müharibədə nüvə silahından istifadəni dəstəkləyib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Russian Field" və RTVİ-nin birgə apardığı sorğunun nəticəsində bildirilib.
İyunun 16-19-da keçirilən tədqiqatda iştirak edənlərin 73,9 faizi "nüvə düyməsinin" qəti şəkildə qəbuledilməz olduğunu bildirib. Eyni zamanda, 5,2 faiz hərbi əməliyyatda məğlubiyyət təhlükəsi yaranarsa, nüvə arqumentindən istifadə oluna biləcəyini bildirib. 10,5 faiz insan isə nüvə silahından istənilən halda istifadə edilə biləcəyini bildirib.