Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2023 16:36
İranın Sistan-Bəlucistan əyalətində son 6 gündə toz fırtınası səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı 1191-ə çatıb, 1 nəfər isə həyatını itirib.
Sonxeber.net "report"a istinadən bildirir ki, Sistan-Bəlucistan Böhran İdarəetməsinin baş direktoru Məcid Mohibbinin sözlərinə görə, əyalətin şəhərlərində toz fırtınası səbəbindən son 6 gündə 1191 nəfər xəstəxana və tibb mərkəzlərinə müraciət edib.
Xəstəxanaya yerləşdirilənlərdən 1019 nəfər ambulator müalicə olunaraq evə buraxılıb, 171 nəfərin müalicəsi davam edir.
Səlahiyyətlilər xüsusilə ürək və tənəffüs xəstəlikləri olanların çölə çıxmamağı tövsiyə ediblər.