Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pens gözlənilmədən Ukraynaya gəldi

Pens gözlənilmədən Ukraynaya gəldi

Tarix: 29 Iyun 2023 21:20

ABŞ-ın keçmiş vitse-prezidenti və prezidentliyə namizəd Mayk Pens bu gün Kiyevə gözlənilmədən səfər edib və Vladimir Zelenski ilə görüşüb. Onların müzakirəsinin təfərrüatı açıqlanmır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "NBC Nyus" məlumat yayıb.

Məlumata görə, Pens 2024-cü ildə Amerika prezidentliyinə seçki kampaniyasının başlandığını elan edəndən bəri Kiyevə səfər edən ilk namizəd olub.

"Mən ABŞ-ın azad dünyanın lideri olduğuna inanıram. Bununla belə, buraya sadəcə bir fərd kimi gəlməyim mənim üzərimə düşən işi yerinə yetirmək və ABŞ-ı ukraynalı dost və müttəfiqlərimizi dəstəkləməyə çağırmağa davam etmək əzmini gücləndirir", - Pens bildirib.

Qeyd olunur ki, Pens gün ərzində Kiyevə yaxın bir neçə şəhərə, o cümlədən Buçaya baş çəkib.

Milli.Az


Etiketlər:  Pens gözlənilmədən Ukraynaya gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ