Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2023 09:32
Alıcıların sayı azalıb, satıcılar isə qurbanlıq heyvanları satıb-bitirmək üzərədirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bayramın ikinci günündə də insanlar qurbanlıq heyvanları almaq üçün satış məntəqələrinə üz tutublar.
Satıcılar bildirir ki, artıq bayramın ikinci günü olduğu üçün qiymətlərdə də endirimlər edirlər.
"Məqsəd rayondan xərc çəkib, gətirdikləri heyvanları satıb, bitirməkdir".
Qeyd edək ki, ötən il ilə müqayisədə bu il quzu qiymətləri bahalaşıb.
"Ötən il 15-16 manata satılan quzu əti bu il 17-18 manata təklif edilir".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.