Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2023 11:10
"Turan Tovuz" klubu dörd futbolçu ilə vidalaşıb.
Sonxeber.net fanat.az-a istinadən bildirir ki, bölgə təmsilçisi Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov və Siyanda Xulu ilə yolları ayırıb.
Məlumatı "Turan Tovuz"un mətbuat xidməti yayıb.
Onlarla mövsümün sonunda başa çatan müqavilələri yenilənməyib.
Qeyd edək ki, bundan əvvəl Henri Okebuqvunu yola salan Tovuz klubu Fərid Nəbiyev ("Kəpəz"), Aydın Bayramov ("Sumqayıt") və Sərtan Taşkın ("Zirə") ilə anlaşıb.