Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2023 17:42
Artan inflyasiya Böyük Britaniyanın kral ailəsinin maliyyə vəziyyətinə zərbə vurub, xərcləri artırıb. Kral III Çarlz iqamətgahlarda istilik sistemini söndürməyi əmr edib. O, bunu təkcə iqtisadiyyat deyil, həm də ətraf mühitin qorunması naminə edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, kral ailəsinin xərc və gəlirlərini əks etdirən illik hesabatda qeyd edilir ki, III Çarlz istixana qazı emissiyalarını azaltmaq üçün qapalı məkanlarda temperaturun 19 dərəcəyə endirilməsini əmr edib.
Kral Xəzinədarı Maykl Stivens bu qərarın bir çox mal və xidmətlərin, xüsusən də yanacaq və enerji xərclərinin bahalaşmasına səbəb olan inflyasiya təzyiqlərinin artması fonunda qəbul edildiyini bildirib.