Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2023 23:34
ABŞ-ın "Vaqner"in lideri Yevgeni Priqojin və onun muzdlularının harada olması barədə kifayət qədər məlumat yoxdur.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Bizim onun (Priqojinin - red.) yerini təsdiqləmək üçün kifayət qədər etibarlı məlumatımız yoxdur. Cənab Priqojinin və ya onun bütün döyüşçülərinin harada olması barədə dəqiq məlumatımız yoxdur", - Kirbi bildirib.