Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2023 00:32
Hibrid avtomobillərə maraq böyük olsa da, idxal proqnozu özünü doğrultmadı.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki,nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, hibrid avtomobillərə tətbiq olunan güzəştlərdən sonra gözlənirdi ki, 2023-cü ildə ölkəmizə idxal olunan ümumi avtomobillərin 10-15 faizindən çoxunu hibrid avtomobillər təşkil edəcək.
"Lakin gözlənilən olmadı".
İldə cəmi 2-3 faiz artım müşahidə edə bildik.
Ekspert bildirib ki, növbəti aydan etibarən bütün yeni avtomobilərin qiymətində artım müşahidə olunacaq.Bu artım isə istehsalçılar tərəfindən anons edilib.
Qeyd edək ki, ölkəmizə 5 ayda 5884 ədəd hibrid avtomobil idxal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15.8 faiz çox olsa da, gözlənilən artım səviyyəsindən aşağıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.