Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qırğızıstanda komuz formasında innovativ şəhər salınacaq

Qırğızıstanda komuz formasında innovativ şəhər salınacaq

Tarix: 1 Iyul 2023 17:36

Qırğızıstanda milli musiqi aləti olan komuz şəklində innovativ şəhər salınacaq. Ölkə Prezidenti Sadır Japarovun Mətbuat Xidmətinin məlumatına görə, orada 700 minə qədər insan yaşaya biləcək və şəhərin 7-10 ilə tikilməsi planlaşdırılır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, gələcək şəhərin təməlqoyma mərasimi İssık-Kul gölünün sahilində baş tutub. S.Japarov buranın gələcəkdə iqtisadiyat və turizm mərkəzinə çevriləcəyini vurğulayıb.

Bundan başqa, prezident bildirib ki, hakimiyyət şəhər layihəsinə və onun tikintisinin başlanmasına bir qəpik də pul xərcləməyib, tikintidə maraqlı olan xarici investorlar var.

Milli.Az


Etiketlər:  Qırğızıstanda komuz formasında innovativ şəhər salınacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ