Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kadırov canlı yayıma çıxdı: Hələ ölməmişəm!

Kadırov canlı yayıma çıxdı: Hələ ölməmişəm!

Tarix: 3 Iyul 2023 10:30

Çeçenistan rəhbəri Ramzan Kadırov Dövlət Dumasının deputatı Adam Delimxanovla birlikdə İnstaqramda canlı yayıma çıxıb və xəstəliyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Delimxanov da canlı yayım tarixini (2 iyul) göstərib və çəkilişin yeni olduğunu bildirib.

"Sakit-sakit yaşayırıq. Uzun müddət yaşamaq istəmirik. Qısa yaşayacağıq, amma ləyaqətlə", - Kadırov canlı yayımda deyib.

"Bundan sonra da qarşıya qoyulan vəzifələri yerinə yetirməyə davam edəcəyik. Və biz bütün şeytanlara və qeybətçilərə demək istəyirik: "Əhməd" gücdür", - Delimxanov bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Kadırovun ölüm ayağında olması ilə bağlı məlumatlar yayılıb. Bundan əlavə, Delimxanovun xəsarət alması ilə bağlı xəbərlərdən sonra itkin düşdüyü iddia edilirdi.

Milli.Az


Etiketlər:  Kadırov canlı yayıma çıxdı Hələ ölməmişəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ