Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Teymur Rəcəbovdan ilk evliliyindən olan qızı ilə bağlı paylaşım - FOTO

Teymur Rəcəbovdan ilk evliliyindən olan qızı ilə bağlı paylaşım - FOTO

Tarix: 3 Iyul 2023 18:36

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov ilk evliliyindən olan qızı Məryəmlə bağlı diqqət çəkən paylaşım edib.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, şahmat ulduzu övladının 10 yaşı olması münasibəti ilə onun fotolarını sosial şəbəkə hesabında yayımlayaraq təbrik edib.

Rəcəbov paylaşımına "Ad günün mübarək, Məryəm. 10 yaş, inanmaq çətindir, vaxt çox sürətlə keçir" şərhini yazıb.

Qeyd edək ki, Teymur Rəcəbov 2011-ci ildə Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə ilə ailə həyatı qurub.

T.Rəcəbov Elnarə Nəsirli ilə evlənsə də, bir müddət sonra onlar boşanmışdı. 2022-ci ildə isə qrossmeyster Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə ailə qurub. Ötən ilin avqustun 30-da isə cütlüyün Nika adlı qız övladları dünyaya gəlib.

Milli.Az


Etiketlər:  Teymur Rəcəbovdan ilk evliliyindən olan qızı ilə bağlı paylaşım FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ