Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Macarıstan İsveçin NATO-ya üzvlüyünü yalnız Türkiyədən sonra təsdiq edəcək

Macarıstan İsveçin NATO-ya üzvlüyünü yalnız Türkiyədən sonra təsdiq edəcək

Tarix: 5 Iyul 2023 22:44

Budapeşt İsveçin NATO-ya üzvlüyünü yalnız Türkiyənin müvafiq addımından sonra təsdiq edəcək.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

"Macarıstan heç bir ölkənin üzvlüyünü gecikdirməyəcək", - deyən nazir yaxın gələcəkdə türk həmkarları ilə sıx və daimi təmasda olacağına söz verib.

Xatırladaq ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları fonunda 2022-ci il mayın 18-də İsveç və Finlandiya NATO-nun baş katibi Yens Stoltenberqə ölkələrin alyansa qoşulması üçün ərizələr təqdim edib. Aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-ya üzv olub. İsveçin alyansa daxil olması prosesi isə Türkiyənin tələbləri ilə bağlı dayandırılıb.


Etiketlər:  Macarıstan İsveçin NATO üzvlüyünü yalnız Türkiyədən sonra təsdiq edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ