Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arda Gülər rəsmən “Real”da

Arda Gülər rəsmən “Real”da

Tarix: 6 Iyul 2023 17:10

Türkiyənin "Fənərbağça" klubu gənc futbolçusu Arda Güləri İspaniya nəhəngi "Real"a satıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının instaqram hesabında məlumat verilib.

18 yaşlı oyunçu Madrid klubu ilə 6 illik sözləşməyə imza atıb. İspanlar "Fənərbaxça"ya bu keçid üçün 20 milyon avro ödəyəcək. Üstəlik, 10 milyon bonus da İstanbul təmsilçisinin hesabına köçürüləcək.

Əgər "Real" Ardanı başqa kluba satarsa, gəlirin 20 faizini də türkiyəlilərə ödəyəcək.

Qardaş ölkə mətbuatının yazdığına görə, Madrid təmsilçisi Arda Gülər üçün İstanbula xüsusi təyyarə göndərib. O, artıq İspaniyaya yollanıb və bu gün rəsmi sözləşməyə qol çəkəcək.

Milli.Az


Etiketlər:  Arda Gülər rəsmən Realda


RƏYLƏR