Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konqres Ağ Evdə kokain tapılmasına münasibət bildirib

Konqres Ağ Evdə kokain tapılmasına münasibət bildirib

Tarix: 7 Iyul 2023 21:44

ABŞ Konqresinin Nəzarət Komitəsi Ağ Evdə kokainin tapılmasını "qəbuledilməz və biabırçı" hesab edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Nümayəndələr Palatasının üzvü Ceyms Komer bildirib.

"Komitə məxfi xidmətdən əlavə məlumat əldə etmək imkanına malik olmasını tələb edir", - məlumatda deyilir.

Qeyd edək ki, bir müddət əvvəl ekspertiza Ağ Evdə tapılan tozda kokain aşkar edib. Toz ABŞ prezidentinin iqamətgahının ziyarətçiləri və əməkdaşlarının ofis otaqlarına girməzdən əvvəl şəxsi əşyalarını qoyub keçdiyi qərb qanadının ümumi sahəsində aşkar edilib.

Milli.Az


Etiketlər:  Konqres Evdə kokain tapılmasına münasibət bildirib


RƏYLƏR